“Mançester Yunayted” “Ayaks”la anlaşdı
15.07.2022 - 00:00
“Mançester Yunayted” “Ayaks”la anlaşdı

“Mançester Yunayted” Lisandro Martinesin transferi üçün “Ayaks”la danışıqları yekunlaşdırmaq üzrədir.

Apasport.az saytının məlumatına görə, argentinalı müdafiəçinin İngiltərə klubuna keçidi artıq qaçılmazdır.

Tərəflər arasında ilkin anlaşmaya əsasən, Niderland klubu bu satışdan 50 milyon avro və əlavə bonuslar qazanacaq. “Qırmızı şeytanlar” 24-48 saat ərzində Martineslə müqavilə imzalamağa ümid edir. Razılaşdırılmalı olan son aspektlərdən biri transfer məbləğinin ödənilməsi şərtləridir.

Qeyd edək ki, 24 yaşlı futbolçu ötən mövsüm “Ayaks”ın heyətində bütün turnirlərdə 36 oyunda 1 qol vurub, 4 məhsuldar ötürmə verib.
 

writer photo
Əlirza Əlirzalı
0