"Qarabağ" milli üzvünü itirdi
24.08.2022 - 00:09
“Qarabağ” ciddi itki ilə üzləşib.
Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi Riçard Almeyda sıradan çıxıb.
Milliləşdirilmiş braziliyalı Çempionlar Liqasının pley-off mərhələsində Çexiya klubu “Viktoriya” ilə səfər matçınin ikinci hissəsində zədələnərək əvəzlənib. Qarşılaşmanın 52-ci dəqiqəsində top uğrunda mübarizə zamanı rəqiblə toqquşan yarımmüdafiəçi həkimlərin müdaxiləsindən sonra meydana qayıtsa da, mübarizəni davam etdirə bilməyib. Nəticədə “sambaçı” Marko Yankoviçlə əvəzlənib.
Qeyd edək ki, hazırda ikinci hissəsi gedən görüşdə “Qarabağ” 1:0 hesabı ilə öndədir.
0
0