Dünyanın ən yaxşı gənc futbolçuları - SİYAHI
23.09.2023 - 10:56
Dünyanın ən yaxşı gənc futbolçuları - SİYAHI

“FourFourTwo” dünyanın ən parlaq gənc futbolçularının reytinqini açıqlayıb.

Apasport.az saytı xəbər verir ki, “Barselona”nın yarımmüdafiəçisi Qavi bu nominasiyada ən yaxşı seçilib.

Nəşrin versiyasında ikinci yerə PSJ-dən Uorren Zair Emeri layiq görülüb. İlk “üçlüy”ü daha bir “Barselona”lı - cinah oyunçusu Lamin Yamal tamamlayıb.

İlk “onluğ”da həmçinin Arda Gülər (“Real” Madrid), Evan Ferqyuson (“Brayton”), Endrik (“Palmeyras”, 2024-cü ildə “Real”a keçəcək), Qabriel Moskardo (“Korintians”), Ousman Diomande (“Sportinq”), Alehandro Balde (“Barselona”) və Antonio Silva (Benfika) yer alıblar.
 

writer photo
Əlirza Əlirzalı
0