"Fənərbaxça" baş məşqçisi ilə bağlı qərar verdi
10.05.2024 - 10:58
"Fənərbaxça" baş məşqçisi ilə bağlı qərar verdi

Super Liqa təmsilçilərindən "Fənərbaxça" baş məşqçisi İsmail Kartalla bağlı qərar verib. 

Apasport.az "Sabah"a istinadla xəbər verir ki, İstanbul klubu mövsümün sonunda müqavilə müddəti başa çatan mütəxəssislə yolları ayıracaq. 

Mənbənin sözlərinə görə, Ali Koçun yenidən prezident olacağı təqdirdə klub xarici məşqçi ilə davam edəcək. 

Qeyd edək ki, İsmail Kartal bu mövsüm 55 matçda 41 qələbə, 7 heç-heçə və 7 məğlubiyyətlə hər matçda orta hesabla 2,36 xal qazanıb.

writer photo
Əlirza Əlirzalı
0