“Qarabağ” millimizin üzvü ilə müqavilə yeniləmək istəyir
01.10.2024 - 11:52
“Qarabağ” millimizin üzvü ilə müqavilə yeniləmək istəyir

“Qarabağ” Azərbaycan millisinin futbolçusu Abbas Hüseynovu buraxmaq niyyətində deyil.

Apasport.az saytına verilən məlumata görə, Ağdam təmsilçisi müdafiəçiyə yeni müqavilə təklif edib.

Hüseynovun “Qarabağ”la müqavilə müddəti 2025-ci il iyunun 30-da başa çatacaq. İndidən isə Azərbaycan çempionu Abbasın müqavilə müddətinin artırılmasına çalışır.

Belə ki, 29 yaşlı futbolçunun “Qarabağ”la müqavilə müddətinin daha 2 illik artırılacağı gözlənilir. Tərəflər arasında razılıq əldə olunacağı ehtimal edilir.

“İnter”in(indiki “Şamaxı”) sabiq futbolçusu 2017-ci ildən “Qarabağ”da oynayır.

writer photo
Əlirza Əlirzalı
0