Azərbaycan bu il 51 turnirə ev sahibliyi edəcək
17.01.2024 - 12:41
Azərbaycan bu il 51 turnirə ev sahibliyi edəcək

2024-cü ildə Azərbaycanda 51 beynəlxalq yarışın təşkili planlaşdırılır.

Apasport.az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.

İlk yarış 7‐11 fevralda Bakıda keçiriləcək Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli badminton turniri olacaq. İlə dekabrda 15 və 17 yaşadək idmançılar arasında sərbəst və yunan‐Roma güləşi üzrə turnirlə yekun vurulacaq.

writer photo
Əlirza Əlirzalı
0