“Qarabağ” – “Nant”: Sergey Arxipovun BAXIŞI
15.09.2022 - 13:03
“Qarabağ” – “Nant”: Sergey Arxipovun BAXIŞI

Avropa Liqasının qrup mərhələsinin II turunda keçiriləcək “Qarabağ” – “Nant” oyunu proqnozsevərlərin diqqət mərkəzindədir.

Apasport.az saytının məlumatına görə, sabah baş tutacaq qarşılaşmaya futbol ekspertləri də mərc gəlməyi lazım bilib.

Rusiyalı Sergey Arxipov da qarşılaşmaya öz proqnozunu verib. Mütəxəssis Bakıdakı qarşılaşmada nəticə deyil, qol sayına mərci düzgün sayır:

Nəticə baxımından “Nant”ın qələbəsi daha real görünür. Düzdür, bukmekerlər məncə fransalıları aşağı qiymətləndirmir. Komanda ilk turu çox yüksək səviyyədə keçirib və “Olimpiakos” üzərində qələbə ilə ciddi kökləndiklərini göstərib.

Fransa klubu həm oyunçularının ustalığı, həm də qiymətinin 7 dəfə baha olması ilə rəqibindən üstündür. Qonaqlar bu görüşdə qalib gələ də bilər ki, belə variantın əmsalı 2,95-dir. Amma mən qol sayına mərc gələrdim.

“Qarabağ”la “Nant” heç də ən sabit komandalar deyil. Hər iki kollektiv məhsuldar oyunlar keçirir. “Qarabağ”ın son 15 matçından 13-də ən azı 2 qol vurulub. Ağdamlıların öz məhsuldarlığı da 2,46-ya bərabərdir.

“Nant”ın səfər qarşılaşmaları da məhsuldarlığı ilə göz oxşayır. Son 12 görüşdən 12-də 2 və ya daha çox qol qeydə alınıb.

Həm “Qarabağ”, həm “Nant”ın I turdakı görüşündə üç top vurulub. Hücum etməyi sevən rəqiblərin duelində tərəflər ən azı 2 qol yaradacaq. “Qarabağ” döyüşmək üçün irəli atılacaq. Amma çətin ki, öz qapısını toxunulmaz saxlasın. Çünki müdafiə xəttinin etibarlılığı ilə seçilmir. Hücum futbolu gözləyirəm və 1,51 əmsalla qiymətləndirilən 2 Üst-ə üstünlük verirəm.

Proqnozum: 2 Üst

writer photo
Əlirza Əlirzalı
0