“Qarabağ” - “Neftçi”: KİM ŞANSLIDIR?
27.02.2023 - 12:50
Misli Premyer Liqasının XXIV turunun “Qarabağ” - “Neftçi” görüşünün əmsalları açıqlanıb.
Apasport.az saytının məlumatına görə, bukmeker kontorları evdə mübarizə aparacaq Qurban Qurbanovun yetirmələrini matçın favoriti sayırlar.
Bu gün “Azərsun Arena”da baş tutacaq oyunda “Qarabağ”ın uğuru 1,42, “Neftçi”nin qələbəsi 7,50 əmsaldır. Qarşılaşmada heç-heçəyə 4,30 əmsal verilib.
Qeyd edək ki, qarşılaşma saat 20:00-da başlayacaq.
0
0