Şeydayev “Kocaelispor” tarixinə düşdü
18.01.2024 - 17:49
Ramil Şeydayev “Kocaelispor”un tarixinə düşüb.
Apasport.az xəbər verir ki, 1-ci liqa təmsilçisi 28 yaşlı futbolçunun keçidi üçün Tailandın “Buriram Yunayted” klubuna 800 min avro ödəyib.
Beləliklə, Ramil “Kocaelispor”un ən bahalı transferi adını qazanıb.
Komanda 1996/97 mövsümündə Ahmet Dursun, 1997/98 mövsümündə isə Ahmed Hassan üçün 800 min ödəsə də avronun kursu nəzərə alınmaqla Ramilin transferi komandanın yeni rekordu kimi tarixə düşüb.
Qeyd edək ki, Şeydayev Türkiyə klubu ilə 1,5 illik müqavilə imzalayıb.
0
0