“Yuventus” Poqbaya əvəzləyici tapdı
14.10.2023 - 13:51
“Yuventus” Poqbaya əvəzləyici tapdı

“Yuventus” qış transfer pəncərəsində yarımmüdafiəçi almağa hazırlaşır.

Apasport.az xəbər verir ki, İtaliya klubu Artur Vermireni heyətinə qatmaq istəyir.

“Antverpen”in futbolçusu Pol Poqbanı əvəz etməlidir. Dopinq testdə “ilişən” fransalının xidmətindən məhrum olan turinlilər Vermirenin bu mövqedə uğurla çıxış edəcəyini düşünür.

Qeyd edək ki, futbolçu “Barselona”nın da transfer siyahısındadır.

writer photo
Əlirza Əlirzalı
0