Kerem Aktürkoğlu İspaniya yolunda
10.07.2024 - 12:16
Kerem Aktürkoğlu İspaniya yolunda

Kerem Aktürkoğlunun yeni mövsümdə “Qalatasaray”da olmayacağı ilə bağlı iddialar var. 

İspaniya təmsilçisi “Real Sosyedad” türkiyəli futbolçu üçün 12 milyon avrosundan keçməyə hazırdır. Apasport.az məlumat verir ki, bu barədə Türkiyə mediasında xəbərlər yayılıb.

İstedadlı futbolçunu istəyənlər arasında Səudiyyə Ərəbistanı klubları da var. Kerem özü isə İspaniyaya yollanmağı daha çox istəyir. 

İddia edilir ki, tərəflər arasında rəsmi görüşlər gələn həftədən başlayacaq.

Qeyd edək ki, Kerem Aktürkoğlu ötən sezon “Qalatasaray”ın heyətində 54 oyuna çıxıb. 25 yaşlı oyunçu 15 qol vurub, 9 qol ötürməsi edib. 
 

writer photo
Əlirza Əlirzalı
0