De Xea üçün “Bavariya” variantı
15.08.2023 - 20:07
De Xea üçün “Bavariya” variantı

“Bavariya” qapıçı problemini De Xea ilə həll etmək niyyətindədir.

Apasport.az-ın məlumatına görə, Münhen klubu sərbəst qalan ispaniyalı qolkiperlə danışıqlara start verib.

“Pivəçilər” zədəli Manuel Noyerə layiqli əvəzləyici axtarır. Kepa Arrisabalaqanın “Real”a keçməsi münhenliləri yenidən David De Xea variantını nəzərdən keçirməyə vadar edib.

Qeyd edək ki, ispaniyalı qapıçının transfer qiyməti 13 milyon avrodur. O, 2022/23 mövsümündə “Mançester Yunayted”in heyətində 58 oyun keçirib.

writer photo
Əlirza Əlirzalı
0