“Milan”ı dayandıran tapıldl
31.10.2022 - 09:43
“Milan”ı dayandıran tapıldl

“Milan”ın səfərdəki məğlubiyyətsizlik seriyası qırılıb.

Apasport.az saytının məlumatına görə, Stefano Piolinin yetirmələri A seriyasının XII turunda “Torino”ya uduzub.

1:2 hesablı yenilgiyədək milanlılar ardıcıl 17 səfərdən xalla dönüb. Bu müddətdə komanda 12 qələbə qazanıb və 5 heç-heçə edib.

Qeyd edək ki, 12 turdan sonra 26 xala malik “Milan” turnir cədvəlində üçüncüdür.
 

writer photo
Əlirza Əlirzalı
0