Arda Gülər tarixə düşdü
02.06.2024 - 15:49
Arda Gülər tarixə düşdü

İspaniya təmsilçisi “Real Madrid” UEFA Çempionlar Liqasının finalında Almaniyanın “Borussiya Dortmund” komandasına 2:0 hesabı ilə qalib gələrək çempion olub.

Apasport.az xəbər verir ki, iki türk futbolçu - “Real Madrid”də çıxış edən Arda Gülər ​​və Dortmund “Borussiya”sında fotma geyinən Salih Özcan final matçında oynaya bilməyib. Türkiyə millisinin hər iki üzvü matça ehtiyat oyunçular skamyasında başlayıb. 

Digər tərəfdən, "Real Madrid"lə kuboku qazanan Arda Gülər ​​Çempionlar Liqasını qazanan ilk türk futbolçu oldu.

Qeyd edək ki, İspaniya nəhəngi 15-ci dəfə ÇL kubokunu qazanıb. 

writer photo
Əlirza Əlirzalı
0