Haalanddan yeni rekord
27.02.2023 - 10:17
Erlinq Haaland rekordları yeniləməyə davam edir.
Apasport.az saytı xəbər verir ki, 22 yaşlı hücumçu “Mançester Siti”nin tarixində bir mövsümdə ən çox qol vuran futbolçu olub.
Norveç millisinin üzvü “Bornmut”la səfər oyununda (1:4) fərqlənərək vurduğu qolların sayını 27-yə çatdırıb. Bununla da o, rekordun daha öncəki müəllifi argentinalı Serxio Aqueronu (26 qol) geridə qoyub.
Qeyd edək ki, Erlinq Haaland mövsümün əvvəlində Dortmund “Borussiya”sından Mançester təmsilçisinə transfer olunub. Futbolçu ümumilikdə 33 matçda iştirak edərək, 33 qol və 4 assistlə yadda qalıb.
- Runi “Turan Tovuz”a ardıcıl 2 matçda qələbə qazandırdı
- Güləşçimiz üçün bürünc medal şansı
- Qurban Qurbanov: "O qədər dinə riayət etməyən var ki, mərddir" – MÜSAHİBƏ
- “Mançester Siti”nin sağ cinah müdafiəçisi “Arsenal”la oyunu buraxa bilər
- Region Liqasının final oyununun yeri və başlama saatı bəlli olub
0
0