“Mançester Siti”nin sağ cinah müdafiəçisi “Arsenal”la oyunu buraxa bilər
27.03.2024 - 17:59
“Mançester Siti”nin sağ cinah müdafiəçisi Kayl Uolker komandasının London “Arsenal”ı ilə növbəti matçını buraxa bilər.
Apasport.az “Sky Sports”a istinadən xəbər verir ki, Uolkerin "Arsenal"la oyunda iştirak edib-etməyəcəyi məlum deyil.
"Şəhərlilər"in tibb heyəti ingilis futbolçunu mövsümün ən vacib matçlarından birinə qədər ayağa qaldırmaq üçün əlindən gələni edir.
Qeyd edək ki, futbolçu İngiltərə millisində olarkən zədələnib.
0
0