Mbappe üçün imza mərasimi keçiriləcək
16.07.2024 - 13:56
Mbappe üçün imza mərasimi keçiriləcək

İspaniya təmsilçilərindən "Real Madrid" bu gün Kilian Mbappe üçün imza mərasimi keçirəcək.

Apasport.az xəbər verir ki, "Santiaqo Bernabeu"da keçiriləcək imza mərasimi öncəsi sağlamlıq müayinəsindən keçən ulduz futbolçu rəsmi imzadan sonra azarkeşlərin qarşısına çıxacaq.

80 mindən çox azarkeşin iştirakı gözlənilən imzalanma mərasiminin bütün biletləri satılıb.

Kilian Mbappe yeni mövsümdə "Real Madrid"də 9 nömrəli formanı geyinəcək. Onunla 5 illik müqavilə imzalanacaq. 

 

writer photo
Əlirza Əlirzalı
0