Pato klubundan ayrıldı
17.11.2022 - 23:23
Pato klubundan ayrıldı

Braziliya millisinin sabiq futbolçusu Aleşandre Pato klubundan ayrılıb.

Apasport.az saytının məlumatına görə, bunu cənubi amerikalının özü açıqlayıb.

O, MLS-də çıxış edən “Orlando”nu tərk edib. 33 yaşlı forvard yeni klubu ilə bağlı qərarını verməyib.

Qeyd edək ki, 2021-ci ildə “Orlando”ya keçən Pato bunadək “Milan”, “Çelsi”, “Vilyarreal” kimi klublarda oynayıb.
 

writer photo
Əlirza Əlirzalı
0