"Tottenhem"in müdafiəçisi "Bavariya"ya KEÇƏCƏK
06.01.2024 - 15:20
"Tottenhem"in mərkəz müdafiəçisi "Bavariya"ya keçəcək.
Apasport.az “Football Insider”ə istinadla xəbər verir ki, “Bavariya”nın hücumçusu Harri Keyn Erik Dayeri komandasının baş məşqçisi Tomas Tuçelə tövsiyə edib. Mənbənin sözlərinə görə, Tuçel artıq Dayerlə söhbət edib.
Onun təkcə mərkəz müdafiəçisi deyil, həm də yarımmüdafiəçi kimi çıxış edəcəyi bildirilir. Transfer məbləği 5 milyon avro olacaq.
Qeyd edək ki, 29 yaşlı Dayer 2014-cü ildən "Tottenhem"də çıxış edir. Futbolçunun klubla müqaviləsi cari mövsümün sonuna kimidir.
0
0