Müdafiəçidən qurtulmaq planı
23.07.2022 - 13:19
Müdafiəçidən qurtulmaq planı

“Real”ın müdafiəçisi Xesus Valyexo bu yay klubu tərk edə bilər.

Apasport.az saytının məlumatına görə, “kral klubu” 25 yaşlı futbolçunu satmaq qərarına gəlib.

Madrid təmsilçisinin rəhbərliyi Antonio Rüdigerin transferindən sonra ispaniyalının komandada qalmasına ehtiyac duymur və ondan qurtulmağın yollarını axtarır. Valyexonun transfer qiyməti 3 milyon avro olaraq müəyyənləşdirilib.

Qeyd edək ki, 2015-ci ildən “Real”a məxsus olan Xesus Valyexo həmin vaxtdan bəri müxtəlif klublarda icarə əsasında oynayıb.

writer photo
Əlirza Əlirzalı
0