"Neftçi" - "Turan Tovuz" matçında hesab açılmadı - YENİLƏNİB
03.08.2024 - 20:28
"Neftçi" - "Turan Tovuz" matçında hesab açılmadı - YENİLƏNİB

Bu gün Premyer Liqanın I turunun daha iki qarşılaşması keçirilib

Apasport.az xəbər verir ki, günün ilk görüşü Bakıda baş tutub.

"Neftçi" "Turan Tovuz"u qəbul edib. Mövsümlərarası fasilədə hər iki komandanın baş məşqçi postunda dəyişiklik olub. "Ağ-qaralar" "sükan arxasına" arxasında Roman Qriqorçuku, "boz qurdlar" isə Kurban Berdıyevi dəvət edib. İki əcnəbi məşqçinin duelində qalib müəyyənləşməyib.

Azərbaycan Premyer Liqası

I tur

18:30. "Neftçi" - "Turan Tovuz" 0:0

"Neftçi”: 93. Rza Cəfərov, 10. Filip Ozobiç, 8. Emin Mahmudov (k), 3. Höccət Haqverdi, 90. Ramil Şeydayev, 14. Edvin Kuç, 4. Mark Tamaş, 44. Yuri Matia, 9. Andre Şinyaşiki, 99. Ervin Koffi, 88. Andrey Ştoqrin

Ehtiyat oyunçular: 1. Emil Balayev, 95. Rəvan Kazımov, 2. Qara Qarayev, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 7. Azər Əliyev, 13. Emil Səfərov, 47. Murad Məmmədov, 23. Robert Bauer, 11. Kilan Lebon, 20. Alfa Konte, 77. Yeqor Boqomolski

Baş məşqçi: Roman Qriqorçuk

“Turan Tovuz”: 1. İvan Konovalov, 4. Şəhriyar Əliyev (k), 10. Xəyal Nəcəfov, 8. Tural Bayramlı, 88. Faiq Hacıyev, 44. Rüfət Əhmədov, 9. Kristian da Silva, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 25. Denis Marandiçi, 80. Otto Con

Ehtiyat oyunçular: 41. Sergey Samok, 71. Mehman Hacıyev, 39. Sadiq Quliyev, 33. Eltun Turabov, 77. Veysəl Rzayev, 99. Sadiq Şəfiyev, 70. Məzahir Məmmədzadə, 3. Raul Məmmədov, 20. İbrahim Ramazanov, 11. Ayxan Quseynov

Baş məşqçi: Kurban Berdiyev

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamranbəy Rəhimov
VAR: Cavid Cəlilov
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
"Neftçi Arena"

writer photo
Əlirza Əlirzalı
0