“Qarabağ” – “Olimpiakos”: Cəlbedici MƏRC
13.10.2022 - 17:37
“Qarabağ” – “Olimpiakos”: Cəlbedici MƏRC

Avropa Liqasının “Qarabağ” – “Olimpiakos” oyununa ən sərfəli mərc variantı bəlli olub.

Apasport.az saytının məlumatına görə, futbol eksperti Aleksandr Babanakov cəlbedici təklif irəli sürüb.

Mütəxəssis bu gün Bakıda təşkil olunacaq qarşılaşmaya proqnoz verib. O, bu matçda 3,50 əmsallıq mərc etməyi məsləhət görür:

“Olimpiakos” hazırda özünə oxşamır. Tanınmış Yunanıstan klubu qrupdakı hər üç oyunda uduzub. Nəticədə komanda sonuncu pillədə qərarlaşıb.

Pireylilər artıq 8 top buraxıb ki, bu da çoxdur. “Olimpiakos”un aktivində isə cəmi 1 top var.

“Qarabağ” səfərdə rəqibini asanlıqla məğlub edib – 3:0. Əminəm ki, meydan sahibləri bu nəticəni təkrarlaya biləcək. Ağdam klubunun qələbə əmsalı da 1,80-a bərabərdir.

Həm “Qarabağ”ın, həm “Olimpiakos”un cari mövsüm qrupda keçirdiyi oyunların hər birində 3 qol vurulub. Bu görüşdə də 1,95 əmsalla qiymətləndirilən Üst-ə də mərc etmək olar.

Proqnozum: 1 və Üst
 

writer photo
Əlirza Əlirzalı
0