“Qarabağ” - “Olimpiakos” oyununun hakimləri açıqlandı
11.10.2022 - 09:28
“Qarabağ” - “Olimpiakos” oyununun hakimləri açıqlandı

Avropa Liqasının IV turunun “Qarabağ” - “Olimpiakos” oyununun hakimləri açıqlanıb.

Apasport.az saytının məlumatına görə, oktyabrın 13-də keçiriləcək matçı ingiltərəli ədalət təmsilçiləri idarə edəcək.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşmanın baş hakimi Kreyq Pauson olacaq. Ona Li Betts və Yan Hussin kömək edəcək. Dördüncü hakim funksiyasını Con Bruks yerinə yetirəcək. VAR hakimi Darren Con Herbert, onun köməkçisi isə Peter Benks olacaq.

Referilərin işinə norveçli hakim-inspektor Yon Skyervold qiymət verəcək. UEFA nümayəndəsi isə Milan Yankoviç (Bosniya və Herseqovina) olacaq.

Qeyd edək ki, “Qarabağ” - “Olimpiakos” matçı saat 20:45-də başlayacaq.

writer photo
Əlirza Əlirzalı
0