"Qarabağ" onunla 2 illik müqavilə imzaladı
05.01.2023 - 17:28
"Qarabağ" onunla 2 illik müqavilə imzaladı

“Qarabağ” daha bir futbolçusu ilə müqaviləni uzadıb.

Apasport.az saytının məlumatına görə, Ağdam klubu Marko Veşoviçlə yeni anlaşma imzalayıb.

32 yaşlı monteneqrolu müdafiəçi ilə imzalanmış yeni müqavilənin müddəti 2025-ci il iyunun 30-dək nəzərdə tutulub. O, 2021-ci ilin yayından “Qarabağ”da çıxış edir.

Qeyd edək ki, Marko cari mövsüm Premyer Liqada 6 oyun keçirib.

writer photo
Əlirza Əlirzalı
0