"Qarabağ" – "Qalatasaray" oyununun gəliri bilindi
05.04.2023 - 23:25
"Qarabağ" – "Qalatasaray" oyununun gəliri bilindi

26 mart tarixində “Qarabağ” və “Qalatasaray” klubları arsında keçirilmiş xeyriyyə matçından əldə olunan məbləğin dəyəri bilinib.

Apasport.az xəbər verir ki, əvvəlcədən də bəyan edildiyi kimi, bu oyundan gələn gəlirlər qardaş Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə göndəriləcək.

Ağdam klubundan verilən açıqlamaya görə, “Qarabağ” və “Qalatasaray” arasında baş tutmuş oyunun gəlirləri 1.090.455 (bir milyon doxsan min dörd yüz əlli beş) AZN, təxminən 12.336.000 (on iki milyon üç yüz otuz altı min) Türkiyə Lirəsi olub. Bu gəlirlərdən bəziləri (Türkiyədə oyunun yayım hüququndan gələn və Türkiyədən verilmiş reklam gəlirləri) "Qalatasaray" tərəfindən açılmış yardım hesabına köçürüləcək.

Bilet satışı, meydan ətrafı reklam gəlirləri, həmçinin Azərbaycanda yayım haqqından gələn və digər gəlirlər isə qısa zamanda Türkiyədəki uyğun hesaba göndəriləcək.

writer photo
Əlirza Əlirzalı
0