“Qarabağ” – “Qəbələ” oyununa PROQNOZ
08.12.2022 - 10:10
“Qarabağ” – “Qəbələ” oyununa PROQNOZ

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinə start veriləcək.

Apasport.az saytının məlumatına görə, kubokun son qalibi “Qarabağ” “Qəbələ” ilə qarşılaşacaq.

Ağdam klubunun meydanında təşkil olunacaq görüş proqnozsevərlərin də diqqət mərkəzindədir. Futbol eksperti Dmitri Donskoy bu qarşılaşmaya proqnoz verib:

“Qarabağ” son illərdə Azərbaycan futbolunda hegemonluq edir. Bu komanda daxili yarışlarda ən yüksək hədəflər üçün mübarizə aparır.

Komanda təcrübəli və keyfiyyətli oyunçulardan təşkil olunub. Qurban Qurbanovun yetirmələri evdə böyükhesablı qələbə qazanmağa çalışacaq. Çünki səfərdəki cavab görüşündə heç də o qədər asan olmayacaq.

Ehtimal edirəm ki, qonaqlar “Qarabağ” qarşısında tab gətirməyəcək və yenə ciddi fərqlə uduzacaq. Bundan da istifadə etməyi təklif edirəm. Bir top fərqli fora ilə qələbə 1,60 əmsala bərabərdir.

“Qarabağ”ın hücum xətti çox zəhmli görünür. Onlar öz meydanında elə üstünlük qazanmağa çalışacaq ki, səfərdə özlərini rahat hiss etsinlər. 

Amma “Qəbələ” də hətta oyunun uğursuz axarında belə irəli atıla bilər. Bir sözlə, rəqiblərin ön xətdə aktiv oyununu və yüksək məhsuldarlıq gözləyirəm. Bu görüşdə Üst əmsalı 1,68-ə bərabərdir. Hər iki variantı birləşdirmək və 2,69 əmsallıq mərc də etmək mümkündür.

Proqnozum: Fora1 (-1) və Üst
 

writer photo
Əlirza Əlirzalı
0