"Qarabağ" qış çempionu oldu
13.12.2022 - 21:13
"Qarabağ" qış çempionu oldu

"Qarabağ" Premyer Liqanın XVII turunda "Qəbələ"yə 1:0 qalib gəlməklə qış fasiləsinin qalibi olub.

Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi penaltidən qazandığı qələbə xalını 47-yə çatdırıb.

Bununla da "Qarabağ" bir oyun az keçirmiş 2-ci pillədəki "Sabah"ı 8 xal qabaqlayıb. Qış fasiləsinədək 1 tur qalsa da, "Sabah"ın "köhlən atlar"a çatmayacağı dəqiqləşib. 

Bu isə o deməkdir ki, "Qarabağ" öncədən qış çempionu olub. 

writer photo
Əlirza Əlirzalı
0