“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Olimpiakos” itkilərlə üzləşib.
Apasport.az saytının məlumatına görə, Yunanıstan çempionunun iki futbolçusu sıradan çıxıb.
Bunlar qapıçı Tomaş Vaçlik və hücumçu Xvan İy Jodur. Vaçlik Çexiya, Jo isə Cənubi Koreya millisinin heyətində keçirilən son matçda zədələnərək, ikinci hissədə əvəzlənib. Hər iki oyunçunun durumuna həkim müayinəsindən sonra aydınlıq gələcək. Zədələri ciddi olarsa, futbolçular “Qarabağ”la qarşıdakı matçları buraxa bilərlər.
Qeyd edək ki, “Olimpiakos”la “Qarabağ” arasındakı oyunlar oktyabrın 6-da Pireydə, 13-də isə Bakıda keçiriləcək.