“Qarabağ” və “doqquzluq”
27.08.2022 - 13:02
“Qarabağ” və “doqquzluq”

Avropa Liqasının qrup mərhələsinə ən çox iştirak edən komandaların siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, tarixində 7-ci dəfə qitənin ikinci dərəcəli klub turnirində mübarizə aparacaq Azərbaycan çempionu “Qarabağ” 10-cu yerə şərikdir.

Qurban Qurbanovun yetirmələri yalnız Avropa Liqasının “doqquzluğ”undan geri qalır. 2009/10 mövsümündən indiki ad altında keçirilən yarışın rekordu isə iki komandaya məxsusdur.

“Latsio” və PSV artıq 10-cu dəfə Avropa Liqasının qrupunda oynayacaq. “Rapid” belə uğura 9 dəfə nail olub.

“Seltik, PAOK, “Zalsburq”, “Vilyarreal”, “Braqa” və Kiyev “Dinamo”su isə 8 dəfə Avropa Liqasının qrupuna yüksəlib. Sonuncu iki komandanın 8-ci cəhdi cari mövsümə təsadüf edib.

“Qarabağ” isə bu “doqquzluq”dan geri qalanlar sırasındadır. Ağdam klubu 7 dəfə bunu bacaran 10-dan artıq komandadan biridir.

Qeyd edək ki, “Qarabağ” 2014/15, 2015/16, 2016/17, 2018/19, 2019/20 və 2020/21 mövsümlərində də Avropa Liqasının qrupunda mübarizə aparıb.

writer photo
Əlirza Əlirzalı
0