“Qarabağ” və “Qalatasaray” yoldaşlıq oyunu keçirəcəklərini açıqladı
14.03.2023 - 14:18
“Qarabağ” və “Qalatasaray” yoldaşlıq oyunu keçirəcəklərini açıqladı

“Qarabağ” və “Qalatasaray” arasında yoldaşlıq oyunu keçiriləcək.

Apasport.az saytının məlumatına görə, bunu hər iki klubun mətbuat xidməti açıqlayıb.

Görüş martın 26-da baş tutacaq. Matç Bakı Olimpiya Stadionunda keçiriləcək.

Azərbaycan çempionunun Türkiyənin ən titullu klubu ilə qarşılaşması saat 20:00-da başlayacaq. Bu oyundan əldə olunacaq bütün gəlirlər qardaş Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.


 

writer photo
Əlirza Əlirzalı
0