“Real Sosyedad” aparıcı futbolçusu ilə müqavilənin müddətini artırıb.
Apasport.az xəbər verir ki, La Liqa təmsilçisi vinger Ander Barrenetxea ilə danışıqları müsbət yekunlaşdırdığını açıqlayıb.
Razılaşmaya əsasən 22 yaşlı futbolçu 2029/30 mövsümünün sonuna kimi San Sebastyan klubunda çıxış edəcək. İdiidalara görə, Avropanın bir çox klubu gənc oyunçunu heyətinə cəlb etməkdə maraqlı idi.
Qeyd edək ki, “Real Sosyedad” akademiyasının yetirməsi olan Barrenetxea 2019-cu ildən əsas komandada çıxış edir. Bu mövsüm 23 matçda meydana çıxan ispan forvard 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.