"Qarabağ" və “Sabah” dayandı - YENİLƏNİB
19.12.2022 - 21:01
"Qarabağ" və “Sabah” dayandı - YENİLƏNİB

Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start verilib.

Apasport.az saytının məlumatına görə, bu gün yarımfinalın ilk iki iştirakçısı müəyyənləşib.

Ötən mövsüm “Qızıl dubl”a imza atan “Qarabağ” səfərdə “Qəbələ” ilə qarşılaşıb. İlk görüşdə məhsuldar heç-heçə edən (2:2) rəqiblərin duelinin taleyini bir top həll edib. Elmar Baxşıyevin yetirmələri çətin ev qələbəsi ilə yarımfinala adlayıb.

Günün digər qarşılaşması Bakıda keçirilib. Paytaxt derbisində “Sabah” “Səbail”i qəbul edib. Səfərdə 2:3 hesabı ilə uduzan Murad Musayevin yetirmələri yenə qələbə həsrət qalıb - 0:1. "Səbail" yarımfinala yüksəldiyindən "Sabah" yarışla erkən vidalaşıb. 

Qeyd edək ki, 1/4 final mərhələsinə sabah yekun vurulacaq.

Azərbaycan kuboku
1/4 final, cavab oyunları
19 dekabr
16:00. “Qəbələ” – “Qarabağ” - 1:0
Qol:
Ramon Maçado, 71
Baş hakim: İnqilab Məmmədov
“Qəbələ”: 1. Səlahət Ağayev, 2. İlkin Qırtımov, 27. Məqsəd İsayev, 28. Murad Musayev (k), 77. Emil Səfərov, 91. Ramon Maçado, 4. Ruan Renato, 5. İsnik Alimi, 97. Felipe Santos, 6. Feras Abu Akal, 10. Omar Hani
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 34. Urfan Abbasov, 14. Ülvi İsgəndərov, 7. Rövlan Muradov, 33. Hüseyn Mürsəlov, 18. Mehrac Baxşalı, 23. Rafael Utziq, 8. Andrey Strijak
Baş məşqçi: Elmar Baxşıyev
“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev (k), 30. Abbas Hüseynov, 4. Rahil Məmmədov, 77. Ramil Şeydayev, 13. Bəhlul Mustafazadə, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 8. Marko Yankoviç, 11. Kvabena Ovusu
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 7. Riçard Almeyda, 5. Maksim Medvedev, 55. Bədavi Hüseynov, 44. Elvin Cəfərquliyev, 90. Nəriman Axundzadə, 10. Abdullah Zubir, 20. Kadi Borqes, 6. Julio Romao, 15. Leandro Andrade
Baş məşqçi: Qurban Qurbanov
Qəbələ şəhər stadionu
İlk oyun – 2:2

19:00. “Sabah” – “Səbail” - 0:1

Qol: Qoba Zapka, 72
Baş hakim: Elçin Məsiyev
“Sabah”: 12. Yusif İmanov, 14. Bəxtiyar Həsənalızadə, 10. Aleksey İsayev, 2. Amin Seydiyev (k), 15. Kristian da Silva, 11. Kristian Sebalyos, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 99. Emmanuel Apeh, 19. Con İrasabal, 8. Aleksey Kaşuk
Ehtiyat oyunçular: 1. Aleksandr Neçayev, 16. Rustam Samigullin, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 29. Ceyhun Nuriyev, 21. İldar Alekperov, 6. Abdulax Xaybulayev, 5. İdris İnqilablı, 33. Camal Cəfərov, 22. Seymur Məmmədov, 13. Abdulaye Ba, 18. Davit Volkov
Baş məşqçi: Murad Musayev
“Səbail”: 12. Hüseynəli Quliyev, 14. Rahid Əmirquliyev (k), 10. Ağabala Ramazanov, 6. Cabir Əmirli, 15. Vüqar Həsənov, 17. Rafael Məhərrəmli, 8. Elmir Tağıyev, 55. Nihad Qurbanlı, 27. Emil Martinov, 11. Qoba Zakpa, 5. Petro Stasyuk
Ehtiyat oyunçular: 1. Emil Balayev, 9. Mirabdulla Abbasov, 77. Ədilxan Qarəhmədov, 22. Samir Abdullayev, 21. Kizito Luvaqa, 23. Qustavo de Fransa, 4. Maksim Çex
Baş məşqçi: Mahmud Qurbanov
Bank Respublika Arena
İlk oyun – 2:3

writer photo
Əlirza Əlirzalı
0