“Qarabağ” və “Sabah”dan növbəti qələbə - YENİLƏNİB
06.11.2022 - 20:54
“Qarabağ” və “Sabah”dan növbəti qələbə - YENİLƏNİB

Azərbaycan Premyer Liqasında XIII tura yekun vurulub.

Apasport.az saytının məlumatına görə, son gündə iki oyun keçirilib.

Hər iki qarşılaşma paytaxtda baş tutub. İlk olaraq “Səbail”lə “Sabah” birincilərin meydanında üz-üzə gəlib. Son 6 oyunda büdrəməyən “Sabah” ardıcıl 7-ci qələbəsini qazanaraq, çempionluq uğrunda mübarizəni davam etdirməyi bacarıb. Hər hissədə qapısında bir top görən “Səbail”in isə qələbə həsrəti 4 görüşə yüksəlib.

Tur çempionla debütant arasındakı duellə yekunlaşıb. Premyer Liqada bu mövsüm qələbələri sıralayan “Qarabağ” son iki görüşdə 4 xal toplayan “Kəpəz”i də məğlub yola salıb. Ağdam təmsilçisi ardıcıl 12-ci qələbəsini qazanaraq, liderliyini qoruyub.

Misli Premyer Liqası
XIII tur
6 noyabr (bazar)

15:00. “Səbail” – “Sabah” - 0:2
Qollar:
Ceyhun Nuriyev, 36, Aleksey Kaşuk, 47
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Elşad Abdullayev, Rəşad Əhmədov
“Səbail”: 12. Hüseynəli Quliyev, 9. Mirabdulla Abbasov, 6. Cabir Əmirli (k), 17. Rafael Məhərrəmli, 27. Emil Martinov, 11. Qoba Zakpa, 30. Franko Mazurek, 5. Petro Stasyuk, 20. Fakundo Kardozo, 23. Qustavo de Fransa, 4. Maksim Çex
Ehtiyat oyunçular: 1. Emil Balayev, 14. Rahid Əmirquliyev, 15. Vüqar Həsənov, 72. Emin Zamanov, 3. Turan Manafov, 77. Ədilxan Qarəhmədov, 22. Samir Abdullayev, 18. Vüsal Qənbərov, 21. Kizito Luvaqa
Baş məşqçi: Mahmud Qurbanov
“Sabah”: 12. Yusif İmanov, 14. Bəxtiyar Həsənalızadə, 77. Namik Ələskərov, 10. Aleksey İsayev, 9. Anatoli Nuriyev, 2. Amin Seydiyev, 29. Ceyhun Nuriyev, 13. Abdulaye Ba (k), 7. Boyan Letiç, 99. Emmanuel Apeh, 8. Aleksey Kaşuk
Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 16. Rustam Samigullin, 17. Tellur Mütəllimov, 21. İldar Alekperov, 6. Abdulax Xaybulayev, 5. İdris İnqilablı, 33. Camal Cəfərov, 30. Nemət Şıxəmirov, 22. Seymur Məmmədov, 11. Kristian Sebalyos, 18. Davit Volkov
Baş məşqçi: Murad Musayev
“ASCO Arena”

19:00. “Qarabağ” – “Kəpəz” - 3:1
Qol: 
Ramil Şeydayev, 16 (pen.), Musa Qurbanlı, 76, Kvabena Ovusu, 79 - Yusif Nəbiyev, 75
Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Cəmil Quliyev, Fərid Hacıyev
“Qarabağ”: 23. Luka Quqeşaşvili, 2. Qara Qarayev (k), 30. Abbas Hüseynov, 4. Rahil Məmmədov, 77. Ramil Şeydayev, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 90. Nəriman Axundzadə, 81. Kevin Medina, 6. Julio Romao
Ehtiyat oyunçular: 89. Amin Ramazanov, 7. Riçard Almeyda, 5. Maksim Medvedev, 55. Bədavi Hüseynov, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 8. Marko Yankoviç, 20. Kadi Borqes, 11. Kvabena Ovusu
Baş məşqçi: Qurban Qurbanov
“Kəpəz”: 68. Orxan Sadıqlı, 8. Tural Axundov (k), 74. Yusif Nəbiyev, 70. Nicat Süleymanov, 14. Elçin Əlicanov, 77. Fərid Nəbiyev, 40. Ahmed Ayzaya, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko, 7. Giorgi Kantariya, 19. Abdullahi Şuaybu
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 80. Tural Rzayev, 37. Ruslan Süleymanov, 97. Nicat Məmmədov, 44. Nihat Fərəci, 5. Peyman Keşavarzi, 24. Mixeil Erqemlidze
Baş məşqçi: Tərlan Əhmədov
Tofiq Bəhramov adına Respublika Stadionu

1

Qarabağ

12

12

0

0

38-8

36

2

Sabah

13

11

1

1

30-10

34

3

Neftçi

13

8

2

3

26-14

26

4

Qəbələ

13

6

2 5

17-13

20

5

Zirə

13

6 1 6

15-21

19

6

Turan Tovuz

12

4

3

5

10-16

15

7

Səbail

13

2

4

7

11-19

10

8

Kəpəz

13

2

2

9

11-29

8

9

Şamaxı

13

1

4

8

8-21

7

10

Sumqayıt

13

0

5

8

4-19

5

Bombardirlər: Ramil Şeydayev, Musa Qurbanlı (hər ikisi "Qarabağ") - 11 qol

writer photo
Əlirza Əlirzalı
0