“Yuventus” Super Liqadan çıxmayıb
06.06.2023 - 23:19
“Yuventus” Super Liqadan çıxmayıb

“Yuventus” Avropa Super Liqasını tərk etməsi xəbərlərini yalanlayıb.

Apasport.az saytı xəbər verir ki, klub bununla bağlı preass-reliz dərc edib.

Açıqlamada Turin klubunun Super Liqa ideyasının digər dəstəkçiləri “Real” və “Barselona”ya məktub ünvanlayaraq, bu barədə məlumat verməsi yer alıb. “Yuventus” UEFA tərəfindən ciddi sansksiyalara məruz qalması xəbərlərini də yalanlayıb.

Qeyd edək ki, Avropa Super Liqası layihəsi 2021-ci ildə açıqlansa da, iki gün sonra əksər klublar bundan imtina etməyə məcbur olmuşdular. Hazırda 3 klub ideyanı dəstəkləyir.
 

writer photo
Əlirza Əlirzalı
0