Mahir Emrelinin komanda yoldaşından mundialda REKORD
09.12.2022 - 21:37
Mahir Emrelinin komanda yoldaşından mundialda REKORD

Xorvatiya millisinin qapıçısı Dominik Livakoviç dünya çempionatındakı seyvlərinə görə yeni rekord müəyyənləşdirib.

Apasport.az xəbər verir ki, 27 yaşlı qapıçı 1/4 finalın Braziliya ilə oyununda 10 seyv edib.

Bunadək Polşa millisinin qapıçısı Voytsex Şensnı Argentina ilə matçda (0:2) bu qədər qurtarış edə bilmişdi.

Qeyd edək ki, Dominik Livakoviç Xorvatiya millisində 2017-ci ildə debüt edib. Yığmamızın futbolçusu Mahir Emrelinin Zaqreb "Dinamo"sunda komanda yoldaşı olan Livakoviç millidə 38 matç keçirib, 44 top buraxıb və 13 dəfə qapısını toxunulmaz saxlayıb.

writer photo
Əlirza Əlirzalı
0