“Qarabağ”ın bütün rəqibləri dəqiqləşdi – Çempionlar Liqasında
23.05.2022 - 10:57
“Qarabağ”ın bütün rəqibləri dəqiqləşdi – Çempionlar Liqasında

“Qarabağ”ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki daha bir rəqibi bəlli olub.

Apasport.az saytının məlumatına görə, Şimali İrlandiya çempionu “Linfild”in püşkatmada səpələnməmişlər sırasında yer alacağı dəqiqləşib.

Bununla da səpələnmişlərdən olacaq “Qarabağ”ın mümkün rəqiblərinin sayı 13-ə çatıb. Zəiflərin yer aldığı səbətdə 15 kollektiv yer alacaq. Onlardan biri – Ermənistan çempionu “Qarabağ”la düşə bilmədiyindən yalnız bir rəqibin adı dəqiqləşməyib. Bu, ilkin mərhələnin qalibi olacaq. Həmin vəsiqə üçün mübarizə aparacaq 4 komandadan da üçü məlumdur. “Levadiya” (Estoniya), “İnter” (Finlandiya), “Vikinqur” (İslandiya) və San-Marino çempionları ilkin mərhələdə mübarizə aparacaq.

Qeyd edək ki, iyunun 7-də ilkin, 14-də I təsnifat, 15-də II təsnifat mərhələsinin püşkü atılacaq. Ən zəiflər iyunun 21-də və 24-də mübarizəyə başlayacaq. “Qarabağ”ın qatılacağı raund iyulun 5-6-da və 12-13-də oynanılacaq. Növbəti mərhələ isə 19-20-də və 26-27-də keçiriləcək. 

Çempionlar Liqası
I təsnifat mərhələsi
Səpələnmişlər

“Qarabağ” (Azərbaycan)
“Malmö” (İsveç)
“Lüdoqorets” (Bolqarıstan)
“Şerif” (Moldova)
ÇFR (Rumıniya)
“Bodo Qlimt” (Norveç)
“Ferensvaroş” (Macarıstan)
“Slovan” (Slovakiya)
HİK (Finlandiya)
TNS (Uels)
“Jalgiris” (Litva)
“Linkoln” (Cəbəllütariq)
“Şemrok Rovers” (İrlandiya)
“Düdelanj” (Lüksemburq)
“Maribor” (Sloveniya)

Səpələnməmiş
“Linfild” (Şimali İrlandiya)
“Zrinski” (Bosniya və Herseqovina)
“Lex” (Polşa)
“Şaxtyor” (Belarus)
“Sutyeska” (Monteneqro)
“Klasksvik” (Farer adaları)
“Hibernians” (Malta)
“Tobol” (Qazaxıstan)
“Şkupi” (Şimali Makedoniya)
Ermənistan çempionu 
RFS (Latviya)
“Dinamo” (Batumi, Gürcüstan)
“Tirana” (Albaniya)
“Balikani” (Kosovo)
İlkin mərhələnin qalibi
 

writer photo
Əlirza Əlirzalı
0