Avropa Liqasının qrup mərhələsini uğursuz şəkildə başa vuran “Qarabağ” pley-off şanslarını ikinci dövrədə əldən verib.
Apasport.az saytının məlumatına görə, Qurban Qurbanovun yetirmələri son üç turda qələbəyə həsrət qalıb.
Ağdam təmsilçisi dövrə ərzində cəmi 2 xal toplayıb. Hərçənd startdakı üç oyun 6 xal gətirmişdi. Finiş xəttindəki uğursuz oyunlar Azərbaycan çempionunu Konfrans Liqasına göndərib.
Amma bu, ilk belə hal deyil. “Qarabağ”ın qrup mərhələsinin ilk üç turunu ikinci dövrədən daha yaxşı keçirməsi adiləşib.
9-cu dəfə qrupda oynayan Ağdam təmsilçisi yalnız iki dəfə - 2018/19 və 2020/21 mövsümlərində ikinci dövrəni daha yaxşı oynayıb. 2017/18 mövsümündə isə eyni sayda xal yığılıb.
Artıq 6-cı dəfədir ki, ilk üç tur ikinci bölümdən daha uğurlu alınır. Amma bu dəfəki kimi fərq olmamışdı. “Qarabağ” I dövrədə II dövrədəkindən 4 xal artıq yığıb. Üstəlik, ev oyunları ikinci yarıda daha çox olub. İlk üç turda iki səfərə çıxan komanda, son üç oyundan ikisini doğma meydanda keçirib.
Qeyd edək ki, “Qarabağ” 2017/18 mövsümündə Çempionlar Liqası, 2021/22 mövsümündə Konfrans Liqası, digərlərində Avropa Liqasında qrupda çıxış edib.
mövsüm |
I dövrə |
II dövrə |
||||||||
2014/15 |
1 |
1 |
1 |
1-2 |
4 |
0 |
2 |
1 |
2-3 |
2 |
2015/16 |
1 |
0 |
2 |
2-4 |
3 |
0 |
1 |
2 |
2-4 |
1 |
2016/17 |
1 |
1 |
1 |
5-7 |
4 |
1 |
0 |
2 |
2-5 |
3 |
2017/18 |
0 |
1 |
2 |
1-8 |
1 |
0 |
1 |
2 |
1-6 |
1 |
2018/19 |
0 |
0 |
3 |
0-6 |
0 |
1 |
0 |
2 |
2-7 |
3 |
2019/20 |
1 |
1 |
1 |
6-6 |
4 |
0 |
1 |
2 |
2-5 |
1 |
2020/21 |
0 |
0 |
3 |
1-6 |
0 |
0 |
1 |
2 |
3-7 |
1 |
2021/22 |
2 |
1 |
0 |
6-2 |
7 |
1 |
1 |
1 |
4-6 |
4 |
2022/23 |
2 |
0 |
1 |
7-2 |
6 |
0 |
2 |
1 |
2-3 |
2 |