“Qarabağ”a 2 qol vurdu, ən yaxşı adına namizəd oldu
01.12.2023 - 10:01
UEFA Avropa Liqasının qrup mərhələsinin 5-ci tur matçlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər məlum olub.
Apasport.az xəbər verir ki, bu siyahıda 4 futbolçu yer alıb.
Mükafata İngiltərənin “Liverpul” klubundan Kodi Qakpo, Fransanın “Marsel” komandasından Pyer-Emerik Obameyanq, Almaniya təmsilçisi “Frayburq”dan Mixael Qreqoritş və Norveç “Molde”sindən Kristian Eriksen iddia edilir. Norveçli yarımmüdafiəçi Eriksen məhz “Qarabağ”la qarşılaşmada iki qolla yadda qalıb.
Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında keçirilən səsvermə yolu ilə bəlli olacaq.
0
0