“Qarabağ”a Bəhluldan pis xəbər
27.09.2023 - 14:04
“Qarabağ”a Bəhluldan pis xəbər

“Qarabağ”ın futbolçusu Bəhlul Mustafazadə qarşıdakı matçlarda iştirak edə bilməyəcək. 

Apasport.az saytına verilən məlumata görə, müdafiəçinin durumu bəlli olub. 

Belə ki, onun 3 həftəyə yaxın oynaya bilməyəcəyi dəqiqləşib. Belə olan təqdirdə, Mustafazadənin Premyer Liqanın 8-ci turunda “Sumqayıt”la, Avropa Liqasının isə 2-ci turunun “Hakken”lə görüşündə “Qarabağ”a kömək edə bilməyəcəyi dəqiqləşib.

Qeyd edək ki, “Qarabağ”- “Sumqayıt” matçı sentyabrın 29-u saat 20:00-da başlayacaq. “Hakken” - “Qarabağ” görüşü isə oktyabrın 5-də baş tutacaq və oyuna Bakı vaxtı ilə 23:00-da start veriləcək.

writer photo
Əlirza Əlirzalı
0