"Qarabağ"a şad xəbər
16.10.2023 - 13:07
"Qarabağ"a şad xəbər

Uzun müddətdir ki, zədədən əziyyət çəkən və komandaya kömək edə bilməyən “Qarabağ”ın futbolçusu Marko Veşoviç zədəsini tam sağaldıb.

Apasport.az saytına verilən məlumata görə, monteneqrolu futbolçu bərpa prosesini başa vurub, fərdi hazırlıqlarını da keçdikdən sonra kollektivlə məşqlərə başlayıb.

Veşoviçin Premyer Liqanın 10-cu turunda “Turan Tovuz” və Avropa Liqasının 3-cü turunda “Bayer”lə görüşdə meydana çıxmaq üçün hazır olacağı gözlənilir.

writer photo
Əlirza Əlirzalı
0