Serbiyalı futbolçu “Əl-Hilal”da
11.07.2023 - 22:50
Serbiyalı futbolçu Sergey Milinkoviç-Saviç karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
Apasport.az saytı xəbər verir ki, o, “Əl-Hilal”la müqavilə imzalayacaq.
Razılaşmanın dəyəri 40 milyon avrodur. Milinkoviç-Saviçin çıxış etdiyi “Latsio” keçidə müsbət cavab verib. Onun yeni komandası ilə üç illik müqavilə imzalaması gözlənilir.
Qeyd edək ki, Sergeyin illik maaşı 20 milyon avro olacaq.
0
0