“Frayburq” - “Qarabağ”: İvan nə deyir?
08.09.2022 - 15:51
“Frayburq” - “Qarabağ”: İvan nə deyir?

Avrokubokların qrup mərhələsi proqnozsevərlər və futbol ekspertlərinin də diqqət mərkəzindədir.

Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Qarabağ”ın oyunu da istisna təşkil etmir.

Qurban Qurbanovun yetirmələrinin Avropa Liqasının I turunun “Frayburq”la səfərdəki matçı da mütəxəssislərin marağına səbəb olub. Futbol eksperti İvan Yerofeyev də bu görüşə proqnoz verib:

Bukmeker kontorlarının “Frayburq”u matçın favoriti sayması aydın məsələdir. Almaniya klubu rəqibi ilə müqayisədə daha statusludur.

Üstəlik “Frayburq” Almaniyada, doğma azarkeşlərinin dəstəyi önündə meydana çıxacaq. Kristian Ştrayxın komandası Bundesliqanın son turunda da qalib gəlib.

“Frayburq” “Bayer” kimi möhkəm komandanı 3:1 hesabı ilə məğlub edib. Belə komanda çətin ki, “Qarabağ”la qarşılaşmada problem yaşasın.

Buna görə də meydan sahiblərinin qələbəsinə mərc gəlirəm. Üstəlik qarşılaşmada ən azı 2 qol vurulacağını düşünürəm. İkiqat mərcin əmsalının 1,80 olması da cəlbedicidir.

Proqnozum: 1 və 1,5 Üst
 

writer photo
Əlirza Əlirzalı
0