"Real" Madrid derbisini qazanıb yarımfinala çıxdı
27.01.2023 - 02:43
"Real" Madrid derbisini qazanıb yarımfinala çıxdı

İspaniya Kral Kubokunda 1/4 finala yekun vurulub.

Apasport.az xəbər verir ki, "Osasuna" daha güclü "Sevilya"nı 2:1 məğlub edib. Qalibin kimliyi əlavə vaxtda bilinib.

Madrid derbisi olan "Real" – "Atletiko" matçında da qalib əlavə 30 dəqiqədən sonra müəyyənləşib. 0:1 uduzmasına baxmayaraq, oyunu əlavə vaxta aparmağı bacaran Kral klubu burada daha 2 qol vuraraq 3:1 qalib gəlib.  

Beləliklə, İspaniya Kubokunun yarımfinalında "Real", "Osasuna", "Atletik" və "Barselona" mübarizə aparacaq. Yanvarın 30-da püşkatma olacaq.

writer photo
Əlirza Əlirzalı
0