“Olimpiya” - “Qarabağ”: KİM ŞANSLIDIR?
24.08.2023 - 11:41
Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Olimpiya” (Sloveniya) - “Qarabağ” (Azərbaycan) görüşünün əmsalları açıqlanıb.
Apasport.az saytının məlumatına görə, bukmeker kontorları səfərdə mübarizə aparacaq Ağdam təmsilçisini matçın favoriti sayırlar.
Bu gün Lyublyanada baş tutacaq matçda Azərbaycan çempionunun qələbəsi 2,57, Sloveniya təmsilçisinin uğuru 2,66 əmsaldır. Qarşılaşmada heç-heçəyə 3,18 əmsal verilib.
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
0
0