Gimnastlarımız Dünya kubokunda mübarizə aparacaqlar
07.03.2024 - 10:17
Gimnastlarımız Dünya kubokunda mübarizə aparacaqlar

Bu gün ölkəmizdə daha bir Dünya kuboku həyəcanına start verilir.

Apasport.az xəbər verir ki, turnirdə 67 ölkədən 590 idmançı iştirak edəcək. 

Yarışda ölkəmizi idman gimnastikası üzrə milli komandamızın üzvləri - kişilər arasında Nikita Simonov (halqalar), İvan Tixonov (dəstəli at, dayaqlı tullanma, parallel qollar, turnik), Rəsul Əhmədzadə (dəstəli at, parallel qollar), Mənsum Səfərov (turnik, sərbəst hərəkətlər), Murad Ağarzayev (sərbəst hərəkətlər), qadınlar arasında isə Nazənin Teymurova (dayaqlı tullanma, gimnastika tiri, sərbəst hərəkətlər) təmsil edəcəklər.

writer photo
Əlirza Əlirzalı
0