AMADA “Zəfərin övladları” adlı tədbir keçirdi - FOTOLENT
31.10.2022 - 16:12
AMADA “Zəfərin övladları” adlı tədbir keçirdi - FOTOLENT

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) şəhid və qazı ailələri üçün “Zəfərin övladları” adlı tədbir keçirib. 

Apasport.az saytının məlumatına görə, Zəfər gününə həsr olunmuş, sağlam həyat tərzi və idmanın təbliği məqsədi ilə keçirilən tədbirdə təxminən 40 şəhid və qazı ailəsi, onların övladları AMADA-nın rəhbərliyi və məşhur idmançılar iştirak edib. 

Tədbirdə çıxış edən AMADA-nın direktoru Şəfəq Hüseynli bildirib ki, Zəfər gününü şəhid və qazı ailələri ilə birlikdə qeyd etmək böyük şərəfdir. Zəfər günü Azərbaycan tariximizin ən şanlı səhifəsidir. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyində Azərbaycan çox böyük bir qələbə qazanıb. 
Daha sonra AMADA-nın İdmançılar Məsləhətçi Komissiyasının sədri İlham Zəkiyev çıxış edib. O, da zəfər günü münasibəti ilə tədbir iştirakçılarını təbrik edib, AMADA-nın bu təşəbbüsünü alqışladığını deyib. İlham Zəkiyev uşaqların və yeniyetmələrin sağlam həyat tərzin təşviq edilməsi üçün məşhur idmançıların üzərində yük düşdüyünü belə görüşlərin tez-tez təşkil olunmasının vacibliyini bildirib.
 
Digər çıxışçılar da Zəfər günü münasibəti ilə təbriklərini çatdırıb və bu əlamətdar günü birlikdə qeyd etməyin sevincini bölüşüb.   
Tədbirdə idmançılar uşaqlarla şəkillər çəkdirib, onlara imzalı xatirə hədiyyələri təqdim ediblər, həmçinin AMADA rəhbərliyi və idmançılar şəhid və qazı ailələrinin üzvləri ilə birlikdə ziyafətdə iştirak ediblər. Sonda isə uşaqlar üçün maraqlı əyləncəli oyunlar təşkil olunub.
 

writer photo
Əlirza Əlirzalı
0