Nicat Abasov liderlə sülh etdi
14.04.2024 - 11:01
Nicat Abasov liderlə sülh etdi

Şahmat üzrə İddiaçılar Turnirində II dövrəyə start verilib. 

Apasport.az xəbər verir ki, Torontoda təşkil olunan turnirdə VIII turun oyunları keçirilib.

Şahmatçımız Nicat Abasov Yan Nepomnyaşi ilə üz-üzə gəlib. I dövrədən sonra sonuncu pillədə qərarlaşan Abasov turnirin liderinə qarşı qara fiqurlarla oynayıb və növbəti dəfə xalı yarı bölüb.

İddiaçılar Turniri
VIII tur
Hikaru Nakamura – Fabiano Karuana - 1:0
Yan Nepomnyaşi – Nicat Abasov - 0,5:0,5
Rameşbabu Praqnanandja – Alireza Firuzya - 0,5:0,5
Vidit Santoş Qujrati – Dommaradju Qukeş - 0:1

Xal durumu: 1. Yan Nepomnyaşi (FİDE), 2. Dommaradju Qukeş (Hindistan) - 5, 3. Hikaru Nakamura (ABŞ), 4. Rameşbabu Praqnanandja (Hindistan) – 4,5, 5. Fabiano Karuana (ABŞ) – 4, 6. Vidit Santoş Qujrati (Hindistan) – 3,5, 7. Alireza Firuzya (Fransa) – 3, 8. Nicat Abasov (Azərbaycan) – 2,5.

Qeyd edək ki, şahmatçımız IX turda Fabiano Karuana ilə qarşılaşacaq. Nicat bu dəfə ağ fiqurlarla mübarizə aparacaq.

writer photo
Əlirza Əlirzalı
0