Avro 2024-ün qrup mərhələsinin ən yaxşı qapıçısı müəyyənləşdi
27.06.2024 - 15:38
Avro 2024-ün qrup mərhələsinin ən yaxşı qapıçısı müəyyənləşdi

2024-cü il Avropa çempionatında qrup mərhələsinin ən yaxşı qapıçısı seyvlərin sayına görə müəyyənləşib.

Apasport.az UEFA-nın mətbuat xidmətinə istinadla xəbər verir ki, bu, Gürcüstan millisinin qapıçısı Giorgi Mamardaşvili olub.

Gürcüstanlı qolkiper 3 oyunda 21 seyv edib, 4 qol buraxıb.

Reytinqdə ikinci yeri rumıniyalı Florin Nita tutub. Üçüncü yeri Canluici Donnarumma (İtaliya), Anqus Qun (Şotlandiya), Martin Dubravka (Sloveniya), Koen Castells (Belçika) və Bart Verbruggen (Hollandiya) bölüşdürüb.

AVRO-2024 iyunun 14-dən iyulun 14-dək Almaniyanın futbol meydançalarında keçiriləcək. Hazırkı çempion 2020-ci il Avropa çempionatının finalında İngiltərəni məğlub edən İtaliya komandasıdır.
 

writer photo
Əlirza Əlirzalı
0