Renat qol ötürməsi etdi, komandası məğlub oldu - VİDEO
16.09.2024 - 09:33
Renat qol ötürməsi etdi, komandası məğlub oldu - VİDEO

Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Ankaragücü” Türkiyə I Liqasında növbəti oyuna çıxıb.

Apasport.az xəbər verir ki, sözügedən komanda V turda səfərdə “Karagümrük”lə qarşılaşıb. 5 qolun vurulduğu matç “Ankaragücü”nün məğlubiyyəti ilə başa çatıb – 2:3.

Dadaşov bu görüşdə start heyətdə meydana çıxıb və sona qədər oynayıb. O, komandasının ikinci qolunun məhsuldar ötürməsini edib.

“Ankaragücü” 5 turdan sonra 6 xalla 13-cüdür. Eyni xalı olan “Karagümrük” isə 14-cü pilləni tutub.

writer photo
Əlirza Əlirzalı
0