Premyer Liqa nəhəngi Almaniya millisinin futbolçusunu istəyir
14.06.2024 - 20:18
Premyer Liqa nəhəngi Almaniya millisinin futbolçusunu istəyir

Bundesliqa təmsilçilərindən "Ştutqart"ın mərkəz müdafiəçisi Valdemar Anton "Liverpul"un hədəfinə çevrilib.

Apasport.az "Bild"ə istinadla xəbər verir ki, ingilis nəhəngləri artıq 27 yaşlı futbolçu ilə bağlı araşdırmalara başlayıb.

Mərkəz müdafiəçisinin müqaviləsində 22,5 milyon avro təzminat bəndi nəzərdə tutulub.

"Ştutqart"ın futbolçusuna iddialılar arasında "Borussiya" və "Bayer Leverkuzen" də var.

Qeyd edək ki, o, bu ilin martında Almaniya millisində debüt edib. 
 

writer photo
Əlirza Əlirzalı
0